Milyonlar qazanarkən müflis olan məşhur futbolçularbackend

Milyonlar qazanarkən müflis olan məşhur futbolçular

Futbolçular peşələrindən qazandıqları məbləğ ilə gözəl həyat yaşaya və ya əlindəki pulun dəyərini bilməyərək müflis ola bilərlər.

Hokm.az Offsideplus.az-a istinadən iflas olduqları açıqlanan bəi futbolçuları təqdim edir:

ROYSTON DRENTE – “Real”da karyerasının zirvəsini yaşayan bu futbolçunun sonradan 3.2 milyon sterlinq itirdiyini ortaya çıxmışdı. Drente hazırda “Reysinq Mursiya”da çıxış edərək, özünü toparlamağa çalışır.

RONALDİNYO – Braziliyalı əfsanənin 2018-ci ildə bank hesabında cəmi 5 sterlinq olduğu və hələ də 1,75 milyon sterlinq borcunun olduğu bildirilir.

DEVİD CEYMS – Ceyms karyerası boyunca təxminən 20 milyon funt-sterlinq qazansa da, 2014-cü ildə iflas etdiyini açıqladı. “Liverpul” və “Mançester Siti” kimi klublarda çıxış etməkdən əlavə, o, “Armani” üçün modellik etmiş və bir çox mülkə sahib olmuşdu.

DİEQO MARADONA – 2020-ci ilin noyabrında dünyasını dəyişən əfsanə, transfer dəyərləri ilə iki dəfə dünya rekordlarını qırmışdı. Lakin 2009-cu ildə iflas olduğu bəlli oldu. Belə ki, İtaliya Vergi Məhkəməsi 1980-ci illərdə “Napoli” üçün oynadığı zamanlarda ödəməsi gərəkən 42 milyon sterlinqi tələb etdi

İON ARBE RİİSE – Norveçli müdafiəçi “Liverpul”la Çempionlar Liqası qalibi olduqdan 2 il sonra müflis etmişdi. Təxminən 150 min dollar dəyərində ödənməyən borcları səbəbindən məhkəməlik olan Riise, meneceri ilə 5 milyon dollarlıq fırıldaqçılıq işlərinə bulaşdı.

SELESTİN BABAYARO – Bir zamanlar həftəyə 45 min dollar qazanan Babayaro, özünün məhkəmələrdən xilas edə bilmədi. Bunun ardınca Selestin müflis olduğunu açıqladı.

 

  •  (0)
  •  (0)