Millimizin matçı moldovalı hakimlərə tapşırıldıbackend

Millimizin matçı moldovalı hakimlərə tapşırıldı

Bu gün futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.

Hokm.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına həvalə edilib.

Baş hakim Dumitru Munteana, Vadim Vikol və Vladislav Lifciu köməklik edəcək.

Qeyd edək ki, bu gün Minskdəki “Dinamo” Milli Olimpiya Stadionundakı matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

  •  (0)
  •  (0)