Millimizə çağırılmış futbolçu Ermənistan klubuna keçdibackend

Millimizə çağırılmış futbolçu Ermənistan klubuna keçdi

Azərbaycanın müxtəlif yaş qruplarından ibarət millilərinə çağırılmış Məhəmməd Musalov karyerasını Ermənistanda davam etdirəcək.

Hokm.az Offsideplus.az-a istinadən xəbər verir ki, “Anji”nin yetirməsi olan 26 yaşlı müdafiəçi “Pünik” klubu ilə anlaşıb.

Qeyd edək ki, Dağıstan əsilli futbolçu 2012-ci ilin 10-20 iyun tarixlərində U-19 yığmamızın Litvanın Palanqa şəhərində keçirdiyi təlim-məşq toplanışında iştirak edib.

  •  (0)
  •  (1)