Milli Şuradan növbəti fiasko: Qərbə vurulan yarımçıq yamaq – VİDEObackend

Milli Şuradan növbəti fiasko: Qərbə vurulan yarımçıq yamaq – VİDEO

Milli Şuranın Koordinasiya Mərkəzinin daxili iclasında skandal yaşanıb. 

Correct.az xəbər verir ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, sabiq deputat Gültəkin Hacıbəyli Qərbi cinsi azlıqları dəstəkləməkdə ittiham edib. Nədənsə Qərbi cinsi azlıqları dəstəkləməkdə suçlayan Hacıbəyli xanım AXCP-nin və Milli Şuranın da Qərbdən dəstək aldığını və hansısa formada qaynaqlandığını unudub. Qəribə bir sual ortaya çıxır, əgər Qərb cinsi azlıqların hüquqlarının qorunmasını prioritet hesab edirsə nədən xanım Hacıbəyli və onun lideri Əli Kərimli hər çıxışlarında Qərb dəyərlərinə üstünlük verdiklərini, Qərbin dəyərləri ilə ayaqlaşdıqlarını, yaxud onların təbirincə desək Qərbin dəstəyini almaq üçün nədən Qərbin donuna büründüklərini bəyan edirlər?

Daha sonra xanım Hacıbəyli Eldəniz Quliyevin və Qabil Məmmədovun (Hacıbəylinin dili ilə desək, yaramaz gədanın) AXCP ilə heç bir əlaqəsi olmadığını səsləndirir. Lakin həmin şəxslər isə çıxışlarında AXCP-nin sədri Əli Kərimliyə liderim deyə xitab edirlər.

Milli Şuranın Koordinasiya(sız) Mərkəzinin məlum konfransında diqqəti tək xanım Hacıbəyli çəkmədi. Çəkənlərdən biri də Rafiq Manaflı oldu. Sonradan isə aydınlaşdı ki, Rafiq Manaflı Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri imiş. Eyni zamanda sədri həmçinin tender kralı da hesab etmək olar.

Belə ki, eyni zamanda Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olan VHP-nin Ali Məclisinin sədri Rafiq Manaflı 2000-ci ildən özünün təsis etdiyi “Təkamül” MMC-nin direktorudur. Bu şirkət 2010-2017 illər arası “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən 1 milyon manatdan çox tenderin qalibi olub. Bu azmış kimi o, ötən ay da eyni dövlət idarəsindən 103857.7 AZN vəsaitlik tender udub.

Bu barədə məlumat və eyni zamanda həmin konfransın görüntüləri ictimailəşdikdən sonra sosial şəbəkələrdə ciddi müzakirələr yaranıb. Müzakirələr isə ciddi etirazlarla müşahidə olunub. Çoxsaylı, yüzlərlə istifadəçi və tanınmış ictimai-siyasi xadimlər, siravi vətəndaşlar və müxalifət camiyəsinin nümayəndələri Milli Şuranı buraxılmağa, Əli Kərimlini Milli Şuradan uzaqlaşmağa çağırıblar.


Baş verən bu olay mühacirətdə olduğunu zənn edənləri də narahat edib. Məsələyə münasibət bildirənlər isə Gültəkin Hacıbəylini istifadə müddəti bitmiş, çöplüyə atılmış, yediyi qaba tüpürən adlandırıblar.

Əhməd Haralı

  •  (0)
  •  (1)