Milli ruhlu, müasir təhsilli gələcəkbackend

Milli ruhlu, müasir təhsilli gələcək

Prezident İlham Əliyev bu il pandemiya ilə əlaqədar olaraq başladığımız qeyri-ənənvi tədris ilində şagird və tələbələrin, həmçinin müəllimlərin üzərinə düşən böyük məsuliyyət və vəzifələrlə bağlı bütün təhsil ictimaiyyətinə müraciət ünvanladı.

Öncə bu müraciətdə olan qayğıkeş yanaşma, xalqın sağlamlığının nəyin bahasına olursa-olsun qorunması diqqəti daha çox cəlb edir. Bu öz xalqını düşünən əsl lider yanaşmasıdır. Prezident öz nitqində sağlamlığın birinci şərt olduğunu vurğulamaqla yanaşı, təhsilə də böyük önəm verdiyini ifadə etdi və Azərbaycan təhsilinin məramını açıq şəkildə ortaya qoydu. Qeyd edilən nüanslar şagird və tələbələr, həm də müəllimlər üçün çox aydın faəliyyət planı ortaya qoymuş oldu. Prezident öz nitqində qeyd etdi ki, gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır.

Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Yüksək təhsillə yanaşı Prezident İlham Əliyev bir məsələni tədris prosesində heç zaman unutmamağı da bizlərə tövsiyyə etdi. Bu bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər – ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Müraciətdə bu işin ailələrimizlə bəbabər, təhsil müəssisələrimizin də məsuliyyəti olduğunu bəyan etdi. Əgər belə olmazsa, bizi gözləyəək təhlükələrin nədən ibarət olacağına diqqət çəkən Prezident uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumağın vacibliyini dilə gətirdi. O, mən bu şəkildə qurulan təhsil siyasətinin ölkəmizin gələcək müstəqillik yolunu şərtləndirəcəyini açıq şəkildə bildirdi. Prezident İlham Əliyev Azərbaycan şagird və tələbələrində zamanın müasir tələblərinə cavab vermək üçün iki vacib komponentin olmasını tezis şəklində irəli sürdü, bunlardan biri təhsil, digər isə milli vətənpərvərlik ruhudur. Birinci Azərbaycan gəncini dünya gənci ilə rəqabətdə güclü edəcək, ikincisi isə onu bir azərbaycanlı kimi qlobal proseslərdə assimilyasiyadan qoruyacaq. Bu gün çalışdığım Azərbaycan Dillər Universitetində də bu iki məsələyə böyük önəm verilir. Tələbə, magistrant və doktorantlarımıza yüksək təhsil vermək, onları bacarıqlı, peşəkar mütəxəssis kimi yetişdirməklə yanaşı, Universitetimizdə iki ilə yaxındır ki fəaliyyət göstərən “Azərbaycanşünaslıq”, “Multikulturalizm” elmi tədqiqat laboratoriyaları tərəfindən keçirilən tədbirlər, dəyirmi masalar və görüşlərdə onlara vətənpərvər ruh aşılanır, azərbaycançılıq ideologiyası, dövlətimizin həyata keçirdiyi hərtərəfli siyasət də öyrədilir. Bunun müsbət nəticələri özünü onda göstərir ki, hazırda ADU-nun tələbələri Cocuq Mərcanlıda, Ağdamda, Füzulidə, Kəlbəcər, Laçın, Şuşa məktəblərində pedaqoji və istehsalat təcrübəsi keçmək, öz biliklərini vətənlərindən məcburi köçkün düşən şagirdlərimizə öyrətmək yolunda bir-biri ilə rəqabət aparırlar. Tələbələrimiz təşkil etdikləri vətənpərvərlik mövzusunda tədbirləri, aksiyaları, sosial şəbəkələrdəki fəaliyyətləri ilə daima ictimaiyyətin diqqətini öz üzərlərinə çəkməyi bacarır və bu məsələlərdə öz yoldaşlarına nümunə olurlar. Azərbaycan Dillər Universiteti milli vətənpərvər ruhlu peşəkar müəllimlərin, tərcüməçilərin, diplomatların yetişməsində hər zaman olduğu kimi bu gün də öz fəaliyyətini daha da genişləndirir və günün tələblərinə, dövlətin təhsil və gənclər siyasətinə uyğun şəkildə qurur.

Sərraf Hüseynov, ADU rektorunun müşaviri

 

  •  (0)
  •  (0)