Milli Məclisin növbədənkənar iclası üçün imza toplanılması nə ilə əlaqədardır? – Deputat açıqladıbackend

Milli Məclisin növbədənkənar iclası üçün imza toplanılması nə ilə əlaqədardır? – Deputat açıqladı

“Mili Məclisin növbədənkənar iclasları əvvəllər də keçirilib. Bu, ilk belə hal deyil. Yəni burada hansısa qeyri-adi hal yoxdur”. 

Bu sözləri Gundem.az-a deputat Fazil Mustafa Milli Məclisin növbədənkənar sessiyasının çağrılması üçün imza toplanması və deputatların iyun ayında növbədənkənar sessiyanın çağrılması ilə bağlı parlament sədrinə müraciət edəcəkləri haqda xəbəri şərh edərkən deyib.

 

Onun sözlərinə görə, hazırda gündəlikdə müzakirəsinə ehtiyac duyulan bir çox məsələ var:

“Xüsusən də hakimlər ilə bağlı bəzi məsələlərin müzakirəsinə ehtiyac var. Yəni heç bir fors-major hal baş verməyib. Bundan öncə də bənzər formada növbədənkənar iclaslar keçirlib. Hətta vaxt olub ki, avqust ayında da sessiya keçirilib“.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırılır. 

  •  (0)
  •  (0)