Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi məlum olub.
Hokm.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında” məsələ parlamentin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Qərarla Milli Məclisin Hesablayıcı komissiyası aşağıdakı tərkibdə yaradılacaq:
- Allahverdiyev Elnur Marat oğlu,
- Əliyev Rauf Asif oğlu,
- Hacıyev Emin Məcid oğlu,
- Quliyev Eldar Allahyar oğlu,
- Hüseynova Sevinc Əmirəhməd qızı,
- Vəliyeva Sədaqət Süleyman qızı,
- Zabelin Mixail Yuryeviç.
Hesablayıcı komissiyanın hazırkı sədri Eldar Quliyev məlumatı “Report”a təsdiqləyib.
















