Milli Məclisdə dini sahəyə nəzarətin gücləndirilməsi TƏKLİF EDİLDİbackend

Milli Məclisdə dini sahəyə nəzarətin gücləndirilməsi TƏKLİF EDİLDİ

“Azərbaycanın şanlı qələbəsi bəzilərini narahat edir. Azərbaycan güclü dövlətdir və heç kim bizi haqq yolundan çəkindirə bilməz. Ancaq burada din amilindən istifadə edilir”.

Hokm.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında cari məsələlərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bəzi dairələr Azərbaycanın dövlət adamlarını sionizmin xidmətçiləri kimi təqdim edirlər: “Hesab edirəm ki, dini sahə ilə bağlı məsələlərə nəzarət daha da gücləndirilməlidir”./report/

  •  (0)
  •  (0)