99 saylı Şəmkir kənd dairəsini təmsl edən deputat Sona Əliyeva rayon mərkəzindən 35 km uzaqlıqda Tatarlı kəndində seçicilərlə görüşüb.
Hafta.az-a daxil olan məlumata görə, görüş zamanı 40-dan çox seçicinin müraciəti dinlənilib. Müraciətlər əsasən sosial müavinətlərin təyin olunması, müayinə və müalicə, əllillik dərəcəsininin müəyyən olunması, kəndin müəyyən hissələrində içməli su probleminin həll olunması ilə bağlı olub.
Seçicilərlə görüşdən sonra həmişəki kimi, Sona Əliyeva aprel şəhidi Nurlan Qasımovun ailəsini ziyarət edib. Şəhidin bacısı balaca Fidanın və ailənin qayğıları ilə maraqlanıb.
Həmçinin Şəmkirdə aprel şəhidi Təbriz Əsgərovun anası Kifayət Əsgərovanın yas mərasiminə qatılıb, başsağlığı verib və ailənin qayğıları ilə maraqlanıb.



















