Millət vəkili Novruz Aslanovun üç il ərzində deputatlıq fəaliyyəti barədə hesabatıbackend

Millət vəkili Novruz Aslanovun üç il ərzində deputatlıq fəaliyyəti barədə hesabatı

Cəmi 347 müxtəlif mövzulu rəsmi məktub göndərilmişdir

685 ailəyə ərzaq yardımı, 192 nəfər ərizəçiyə maddi yardım edilmiş

Hesabat ilində İsmayıllı rayonunda keçirilən kütləvi tədbirlərdə millət vəkili mütəmadi olaraq iştirak etmişdir

Novruz Aslanov 86 saylı İsmayıllı seçki dairəsində Milli Məclisə seçilmiş deputat olaraq, 2015- 2018-ci illər ərzində ünvanına 807 rəsmi müraciət və məktub, bunlardan 644 müraciət vətəndaşlardan daxil olmuşdur.Bu barədə Hokm.az-a Deputatın Qərəgahından məlumat verili. Cəmi 347 müxtəlif mövzulu rəsmi məktub göndərilmişdir. Daxil olmuş ərizələrə əsasən 151 deputat sorğusu və məktubu əlaqədar mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ünvanlanmış və bunlara əsasən 42 cavab məktubu daxil olmuşdur. Bu məktublarda ərizəçilərin qaldırdığı məsələlərə münasibət bildirilmiş və həlli zaman tələb edən məsələlər icraata götürülmüşdür. Ərizələrlə yanaşı millət vəkilinin ünvanına onlarla təşəkkür məktubları da daxil olmuşdur. 685 ailəyə ərzaq yardımı, 192 nəfər ərizəçiyə maddi yardım edilmiş, onlardan təhsil haqqı, müalicə və digər şəxsi məişət problemlərinin həllinə, həmçinin içməli su probleminin həlli məqsədilə Əhən və Sumağallı kəndində su anbarlarının tikintisinə, Şəbiyan kəndinə su çəninin alınmasına maddi yardımlar edilmişdir. 38 nəfər rayon sakini Bakı şəhərinə təmənnasız tibbi müayinəyə göndərilmişdir. Sakinlər tərəfindən kollektiv müraciətlər nəzərə alınaraq, “Azərişiq”ASC-nə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə şifahi və yazılı müraciətlər əsasında Basqal qəsəbəsində, Ruşan, Brovdal, Çandahar, Həftəsiyab kəndlərində istismara yararsız olan elektrik dırəkləri yenisi ilə əvəzlənmiş, Culyan kəndində yeni elektrik transformatoru quraşdırılmış, Qıcatan, Tircan- Qasımkənd kəndinə və Basqala gedən yol təmir olunmuş, Qalıncaq kəndində əkin sahələri üçün suvarma kanalı çəkilmişdir.

Az.QAC-ın dəstəyi ilə Kürdmaşı, Zərnava, Maçağı, Sumağallı kəndində çayın üzərindən körpü, Təzəkənd kəndində yolun çinqıllanması (1km.), Sulut kəndinə – 8(səkkiz) ədəd ümumi dəyəri 4718,48 AZN (dörd min yeddi yüz on səkkiz manat, qırx səkkiz qəpik) olan çadır (5nəfərlik) verilmişdir. Quşencə, Kürdmaşı, Enişdibi, Balik, Aşıqbayramlı kəndlərində sel sularından əziyyət çəkən 3 ailə üçün 3 ədəd ümumi dəyəri 1769,43 AZN (bir min yeddi yüz altmış doqquz manat, qırx üç qəpik) olan çadır və ümumi dəyəri 986,68 AZN (doqquz yüz səksən altı manat, altmış səkkiz qəpik) olan yardım, İsmayıllı rayonu, Qıcatan kəndində (yanğın) Kərimli Leyla Elşad qızı və Mahmudov Məhəmməd Qudu oğlu 2(iki) ailə 4(dörd) nəfər, humanitar yardım 335,82 AZN, Cəmənli kəndi – (yanğın) Eminov Natiq Şakir oğlu – 1(bir) ailə 4(dörd) nəfər, humanitar yardım 427,63 AZN, Diyalli kəndi- (yanğın) Vahabov Zeynal oğlu. – 1(bir) ailə 4(dörd) nəfər, humanitar yardım 238,23 AZN, Xanagah, Qaraqaya kəndləri – (yanğın) Həsənov Səyavuş. – 1(bir) ədəd çadır 238,23 AZN və Xənagah kənd nümayəndəliyi 1(bir) ədəd çadır 90 kv.m 4242,62 AZN, Basqal qəsəbəsi – (fövqəladə hallara cavabvermə məqsədi) – 1 (bir) ədəd 90 kv.m çadır 4242,62 AZN müvafiq humanitar yardımlar edilmişdir. Təbii qaz, elektrik enerjisi və içməli su məsələsinə dair müraciətlər də icraata götürülmüşdür. Novruz Aslanov 2015 -2018-ci illər ərzində İsmayıllı rayonuna 164 səfər etmiş, İsmayıllı şəhəri ilə yanaşı dağlıq ərazilərdə yerləşən kəndlərdə qəbullar bir kənddə keçirilməsinə baxmayaraq ətraf kənd sakinlərinin də iştirakı təmin olunmuş və seçicilərlə keçirilən görüşlər və qəbullar ümumilikdə 85 kəndi əhatə etmişdir.Bildiririk ki, rəsmi ərizələr ilə yanaşı deputata 100-dən çox şifahi müraciətlər də olmuşdur. Bu müraciətlərin bir qismi həll edilmişdir. Hesabat ilində İsmayıllı rayonunda keçirilən kütləvi tədbirlərdə millət vəkili mütəmadi olaraq iştirak etmişdir.

  •  (0)
  •  (0)