Millət vəkili Anar Məmmədovun ad günüdürbackend

Millət vəkili Anar Məmmədovun ad günüdür

Milli Məclisin deputatı Anar Məmmədovun bu gün duğum günüdür.

“Hokm.az”-ın məlumatına görə, millət vəkilinin 36 yaşı tamam olur.

Anar Məmmədov 1984-cü il 21 iyun tarixində Bakı şəhərində anadan olub. 1991-2001-ci illər orta məktəbdə təhsil alıb. 2001-ci ildə 618 balla Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə daxil olub. 2001-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən mükafat alıb. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2002-2005-ci illər AzTU-nun Nəqliyyat fakültəsində YAP-ın sədri olub. 2002-2005-ci illərdə AzTU Nəqliyyat fakültəsi üzrə Gənclər Təşkilatının sədri olub. 2005-ci ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib. 2005-2010-cu illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 2005-2006-cı illərdə MTN-də həqiqi hərbi xidmətdə olub, çavuş rütbəsi alıb. 2014-cü ildə Taras Şevçenko adına KMU-nun Aspiranturasına daxil olub. 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub.

Azərbaycan, rus və ingilis dillərin bilir.

Ailəlidir, üç övladı var.

 

Hokm.az

  •  (1)
  •  (2)