Mikayıl Cabbarovdan Paşayevlə bağlı ƏMR – YENİ TƏYİNATLARbackend

Mikayıl Cabbarovdan Paşayevlə bağlı ƏMR – YENİ TƏYİNATLAR

Azərbaycanda həyata keçirilən davamlı islahatlar, həmçinin ölkə iqtisadiyyatının pandemiya səbəbilə son dövrlərdə üzləşdiyi proseslər İqtisadiyyat Nazirliyi qarşısında yeni çağırışlar yaradıb. İqtisadi proseslərin yeni prinsiplər əsasında inkişafı idarəetmənin effektivliyinin və çevikliyinin artırılmasını, müasir bilik və menecment bacarıqlarına malik kadrların idarəetməyə cəlb olunmasını tələb edir.

Bu barədə Hokm.aza Nazirlikdən bildririlib.

Məlumatda həmçinin qeyd olunur ki, İqtisadiyyat Nazirliyi qarşısında müəyyən edilmiş vəzifələrin operativ və səmərəli şəkildə həyata keçirilməsi və idarəetmə sisteminin peşəkar kadrlarla gücləndirilməsi məqsədilə İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Allahverdi Paşayev İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib.

Qeyd edək ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsi isə Ülvi Mansurova həvalə edilib.

 

  •  (1)
  •  (0)