Mikayıl Cabbarov: “Azərbaycan Avropaya qaz nəqlini artırmağa hazırdır”backend

Mikayıl Cabbarov: “Azərbaycan Avropaya qaz nəqlini artırmağa hazırdır”

Azərbaycanın Avropaya qaz tədarükünü artırmaq üçün əlavə enerji resursları var.

Hokm.az  xəbər verir ki, bunu Davosda keçirilən beynəlxalq iqtisadi forumda çıxış edən ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Cənub Qaz Dəhlizinin Azərbaycan və Avropa münasibətlərinə gələcək təsiri ilə bağlı sualı cavablandıran nazir izah edib ki, Avropa ilə yanaşı, Azərbaycan həmçinin Gürcüstan və Türkiyə üçün əsas təchizatçılardan biridir.

“Sonra Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya gəlir. Həcmi (keçirmə qabiliyyəti) hazırda qeyd etdiyinizdən (20 milyard kubmetr) çoxdur. Qeyd olunan rəqəm yalnız Avropa bazarına çatan həcmdir. İkinci sual ondan ibarətdir ki, bizdə nəql olunmayan qaz həcmləri varmı? Bəli, var”, – deyə, Mikayıl Cabbarov bildirib.
Nazir enerji resurslarını bugünkü ən böyük dilemma adlandırıb.

“Hazırda Azərbaycandan çoxlu enerji resursları tələb olunur, bizdə bunlar var və biz bazarı təmin etməyə çalışırıq… Xəzər qazının və Azərbaycan qazının əhəmiyyəti diqqətdən kənarda qalmayan məsələdir”, – nazir əlavə edib.

Mikayıl Cabbarovun sözlərinə görə, Transxəzər dəhlizinin açılması Çindən Qərbə və əks istiqamətdə həm enerji, həm də yük daşımalarının həyata keçirilməsində böyük rol oynayacaq. Bununla bağlı, o, qonşu dövlətlərlə artıq müvafiq birgə investisiya layihələrinin hazırlandığını vurğulayıb.

 

  •  (0)
  •  (0)