Meyxanaçı Ağakərimə ağır itkibackend

Meyxanaçı Ağakərimə ağır itki

Meyxanaçı Ağakərimə ağır itki üz verib.

Bu haqda baku.ws-ə danışan Ağakərimin bacısı oğlu Rüstəm dayısının – meyxanaçının qardaşının uzun müddətdir xəstə yatdığını bildirib:

“Dayım şəkər xəstəsi idi. İki il idi ki, xəstə yatırdı. Əvvəl onun ayaqlarını kəsdilər. Daha sonra böyrəkləri işləmədi, həftədə bir neçə dəfə dializə gedib-gəlirdi. Müalicənin köməyi olmadı və vəfat etdi”.

Qeyd edək ki, Ağakərimin qardaşı yaşca ondan kiçidir.

  •  (0)
  •  (0)