Meymunçiçəyi koronavirus kimi QAPANMALARA SƏBƏB OLA BİLƏR? – Yeni virusun köhnə bənzəri…backend

Meymunçiçəyi koronavirus kimi QAPANMALARA SƏBƏB OLA BİLƏR? – Yeni virusun köhnə bənzəri…

“Meymunçiçəyi elə bir təhlükəli virus deyil”.

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib.

O bildirib ki, bu xəstəliyin pandemiyaya çevrilmək ehtimalı yoxdur:

“Meymunçiçəyi COVİD kimi ağır deyil, sadəcə, suçiçəyi kimidir. Bu xəstəlik suçiçəyindən də daha yüngüldür, deyərdim. Çünki suçiçəyi hava-damcı yolu ilə intensiv yayılır, meymunçiçəyi üçün daha çox birbaşa toxunuş, təmas olmalıdır. Bu baxımdan meymunçiçəyi nisbətən daha yüngüldür, ağırlaşması da çox azdır.

Hazırda yayılmış olan meymunçiçəyi virusunun qərbi Afrika variantı daha yüngül keçirilir. Bu virusda olur belə xırda epidemiyalar. Bundan qabaqkı meymunçiçəyində iki ölüm halı olmuşdu, amma virus çox geniş yayılmışdı. Yəni o qədər də riskli bir xəstəlik deyil, qorxulu bir yanı yoxdur.

Suçiçəyində olduğu kimi meymunçiçəyində də dəridə ləkə qalma ehtimalı var. Çünki qaşınma olur və qopduqda həmin nahiyyədə onun ləkəsi qala bilər. Çapıq toxuması həmin hissədə dərin iz qoya bilir. Meymunçiçəyinin əsas kliniki əlamətlərinə ümumi zəiflik, halsızlıq, başağrısı, hərarət, qaşınma, səpgilər, boğazağrısı kimi əlamətlər ola bilər. Bu xəstəlikdə bəzi hallarda öskürək də müşahidə olunur.

Bu xəstəliyin pandemiyaya çevrilmək ehtimalının olacağını düşünmürəm. Fikrimcə, elə aşkar olduğu yerlərdə az sayda epidemik ocaqlarla kifayətlənəcək”.

  •  (0)
  •  (0)