Hamilə qadınlar üçün meymunçiçəyi ilə bağlı qorxulu açıqlama verilib.
Hokm.az azxeber.com-a istinadən xəbər verir ki, dünya koronavirus epidemiyası ilə mübarizəni davam etdirərkən, Ümumdünya Səhiyyə Təşkilatının təşkil etdiyi paneldə 30 ölkədə aşkar edilən meymunçiçəyi ilə bağlı narahatlıq yaradan açıqlama gəlib.
Birləşmiş Millətlər Təşkilatı çərçivəsində fəaliyyətini davam etdirən Ümumdünya Səhiyyə Təşkilatı 30 ölkədə aşkarlanan və son vaxtlar yüzlərlə insana yoluxan meymunçiçəyi xəstəliyi ilə bağlı tədbir təşkil edib.
Dünyanın müxtəlif yerlərindən alim və mütəxəssislərin iştirak etdiyi tədbirdə çıxış edən epidemiologiya həkimi Olumuyiva Ceyms Piter bu xəstəliyin anadan uşağa keçmə ehtimalının mümkün olduğunu bildirib.