Meymunçiçəyi cinsi xəstəlik halına çevrilir? – ÜST-dən sensasional AÇIQLAMAbackend

Meymunçiçəyi cinsi xəstəlik halına çevrilir? – ÜST-dən sensasional AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi ilə bağlı yeni açıqlama verib.

Hokm.az xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Almaniya və İtaliyada bəzi xəstələrin spermasında meymunçiçəyi virusunun olması ilə bağlı xəstəliyin cinsi yolla ötürülmə ehtimalını araşdırdığını açıqlayıb.

Mövzu ilə bağlı açıqlama verən Ümumdünya Səhiyyə Təşkilatının Avropadakı meymunçiçəyi yoluxmalarından məsul olan Ketrin Smolvud son xəbərlərin meymunçiçəyi virusunun cinsi yolla keçə biləcəyini ifadə edib etmədiyinin bilinmədiyini bildirib:

“Biz, həqiqətən, ən çox yayılmış ötürülmə üsuluna diqqət yetirməliyik və bunun dəridən dəriyə təması ilə əlaqəli olduğunu açıq şəkildə görürük”.

Digər tərəfdən, may ayının əvvəlindən bəri 30-a yaxın ölkədə 1300-dən çox meymunçiçəyi yoluxması qeydə alınıb. Əksər yoluxmalar kişilərlə cinsi əlaqə vasitəsilə qeydə alınıb.azxeber.com

  •  (0)
  •  (1)