Metrostansiyada insanlara silahlı hücum edilib: 13 yaralı varbackend

Metrostansiyada insanlara silahlı hücum edilib: 13 yaralı var

ABş-ın Nyu-York şəhərinin “Sunset Park” metrostansiyasında silahlı hücum olub.

Hokm.az baku.ws-ə istinadən xəbər verir ki, hücum nəticəsində ümumilikdə 13 nəfər yaralanıb. Onlardan 5-i odlu silahdan açılan atəşlə yaralanıblar. Xəsarət alanlardan birinin vəziyyətinin kritik olduğu deyilir.

Məlumata əsasən, metronun təhlükəsizlik işçisi kostyumu geyinən şəxs tapança ilə sərnişinlərə qəfil atəş açıb.

  •  (0)
  •  (0)