Metrolarda COVID pasportu tələb olunur? – RƏSMİ CAVABbackend

Metrolarda COVID pasportu tələb olunur? – RƏSMİ CAVAB

“Xırda marketlərdən və metrolardan istifadə üçün COVID pasportu tələb olunmayacaq”

Hokm.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, metropolitenə girişdə koronavirusla bağlı sertifikat və COVID pasportu tələb olunmur:

“Yalnız iri ticarət mərkəzlərində vətəndaşlardan pasport tələb olunacaq. Bundan başqa metropoliten və digər iri ticarət mərkəzlərinin işçilərinin vaksinasiya olunması məcburidir”.

  •  (0)
  •  (1)