Metroda qadına əxlaqsızlıq edən kişini bu hala saldılar
Metroda qadına qarşı əxlaqsız hərəkət edən kişinin görüntüləri yayılıb.
Hokm.az Oxu24.com-a istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.
Metroya minən qadın qəfil qışqırmağa başlayıb. O, arxasında dayanan kişinin ona təcavüz etdiyini bildirib. Bu zaman kişi qaçmağa başlayıb. Bunu görən metroda olan insanlar onu yerə yıxmağa və döyməyə başlayıb. Əraziyə gələn polis əməkdaşları onları aralayıb.
Qadın kişidən şikayətçi olmadığını bildirdikdən sonra o sərbəst buraxılıb.
Hadisənin videosunu təqdim edirik:
















