Metroda gedişhaqqı 50 qəpiyə qaldırılacaq? – Rəsmi açıqlamabackend

Metroda gedişhaqqı 50 qəpiyə qaldırılacaq? – Rəsmi açıqlama

Metroda gedişhaqqı 50 qəpiyə qaldırılacaq? – Rəsmi açıqlama…

“Nəqliyyatda sosial məsafəni saxlamaq üçün avtobuslar və metro yarıboş çalışmalıdır, bunun üçün yüzlərlə yeni avtobus, metro qatarları alınmalıdır. Hökumət buna hazırdımı?! Alınacaq yeni avtobuslar və qatarlar nəqliyyatda gediş haqqına təsir edəcəkmi?! Metro rəhbərliyi zatən gediş qiymətinin 50 qəpik olması istəyir – koronavirus buna bahənə olamayacaq ki?”

Hokm.az Correct.az-a istinadla xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli öz şəxsi hesabında paylaşıb. Paylaşılan məlumat isə aidiyyəti qurum tərəfindən heç də birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı açıqlama verən “Bakı Metropoliteni” QSC -nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metroda gedişhaqqının qaldırılması qətiyyən gündəmdə deyil və yeni qatarların alınması zərurətinin olması isə əsassız iddiadır:

“Gedişhaqqının artırılması və 50 qəpik olması gündəmdə deyil. Bu məsələni ümumiyyətlə yada düşən, müzakirə olan mövzu belə deyil. Növbəti iddiada deyilir ki, sərnişin sayı az olduğuna görə yeni qatarlar alınmalıdır. Bu iddia da əsassızdır. Hazırda sərnişin sayı az olsa da metropoliten texniki cəhətdən mümkün olan ən sıx qrafikdə çalışır. Bu da o deməkdir ki, metropolitenin vaqon parkı və qatar sayı kifayət qədərdir.

Yəni, yeni qatarların alınmasına heç bir zərurət yoxdur. Yeni qatarların alınması məsələsinə gəlincə isə qatarlar iki halda alına bilər. Birinci, qatarlar istismar müddətini başa vurduqda, ikinci halda isə yeni metro stansiyaları fəaliyyətə başlayanda. Ötən ildən açıqladığımız kimi bu il 20 yeni vaqon alınacaq. Yəni biz bunu elan edəndə heç pandemiya da yox idi. 3 illik müqavilə imzalanmışdı, müqaviləyə uyğun olaraq hər il 20 vaqon, ümumilikdə isə 60 vaqon ölkəmizə gətiriləcəkdi. Bu da ümumilikdə 12 qatar edir”.

  •  (0)
  •  (1)