Metroda gediş haqqı ARTIRILIR? – Metropolitendən AÇIQLAMAbackend

Metroda gediş haqqı ARTIRILIR? – Metropolitendən AÇIQLAMA

Sərt karantin rejiminin tətbiqi istiqamətində aparılan yumuşalma tədbirləri hələ də bir çox sahələrə tətbiq edilməyib. Bunlardan biri də metroların açılmasına qoyulan qadağadır.

Bəs qarşıdakı günlərdə Bakı Metropoliteni sərnişinlərinə yenidən qapılarını aça biləcəkmi?

Bu sualımızı cavablandıran metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov Metbuat.az-a bildirdi ki, metronun sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi sırf Operativ Qərargahın səlahiyyətidir. Hər hansısa qərar barədə onlara məlumat daxil olmayıb.

Həm qatarda, həm də stansiyada...." » Azərbaycanın xəbər portalı - NEWS24.AZ

“Metronun açılmasını, hamıda çox biz – metropoliten işçiləri istəyirik. Qeyri-müəyyən vəziyyətdə işləmək daha da çətindir. Amma bu metropoliten rəhbərliyindən asılı deyil. Məsələyə mütəxəssis səviyyəsində baxılmalıdır və Nazirlər Kabineti yanında Operativ Qərargan buna qərar verməlidir. Operativ Qərargah isə, məlumdur ki, pandemiya ilə bağlı mövcud vəziyyəti dəyərləndirib qərarlar verir. Metroda qapalı mühit, süni ventilyasiya sistemi nəzərə alınır. Biz də hamı kimi Operativ Qərargahın verəcəyi qərarı gözləyirik ki, qısa zamanda metro açılsın”.

Bakı Metropoliteni açılacağı təqdirdə sərnişindaşımada qiymət artımın olması məsələsinə də aydınlıq gətirən Bəxtiyar Məmmədov qeyd etdi ki, qiymətlə bağlı Tarif Şurasına hələ müraciət olunmayıb.

“İndi əsas vəzifə sərnişindaşımada infrastrukturu hazır vəziyyətdə saxlamaqdır. İnanın ki, bu da asan başa gələn məsələ deyil. Yerin altında bütöv şəhəri saxlamaq böyük əziyyətlər bahasına başa gəlir”.

  •  (0)
  •  (0)