Metroda gediş haqqı arta bilərbackend

Metroda gediş haqqı arta bilər

Metroda gediş haqqı arta bilər….

Xüsusi karantin rejiminin mərhələli yumşalma planına uyğun olaraq Bakı Metropoliteninin fəaliyyəti bu gündən bərpa edilməsi xəbərini aldım, narfahat qaldım. Vəziyyət necədir? Qaydalara əməl olunurmu? Bu gün iş günü deyil, yəqin ki, sıxlıq olmaz. Hazırda “Bakı Metropoliteni” QSC-nin 280 vaqonu var və onun 55-də kondisioner işləyir, qalanları köhnə olduğundan kondinsionersizdir ki, bu da havalandırma sistemində problemlər yaradır. Odur ki, özünüzü qoruyun.

 

Bir də nəzərə alın ki, rəsmi açıqlamalara görə, bir sərnişinin daşınma xərci 52 qəpiyə yaxındır. Sərnişinlərin sayı az olduqda bir nəfərin daşınma xərci bahalaşır. Ona görə də yaxın zamanlarda metroda gediş haqqı bahalaşsa təəccüb etməyin. Çünki metronun fəaliyyətini dayandırdığı 1 ayın xərclərini də sərnişinlərdən çıxacaqlar.pravda.az

Qubad İbadoğlu

 

İqtisadçı

  •  (0)
  •  (2)