Metro ilə bağlı açıqlama: Səhər 07:00-dan 10:00-dək və axşam…backend

Metro ilə bağlı açıqlama: Səhər 07:00-dan 10:00-dək və axşam…

“Əgər ictimai nəqliyyatda avtobusların sayını artırmaq mümkün olmursa, onda metronun işlək vəziyyətə gətirilməsi vacibdir. Bu iki yoldan biri çox vacib məqamdır. Belə olan təqdirdə insanlar istədikləri ünvana daha rahat çata biləcəklər”.

Hokm.az xəbər verir ki, bu sözləri millət vəkili Cavid Osmanov bildirib.

Deputat əlavə edib ki, insanları narahat edən ciddi bir məsələ var:

“Son günlər koronavirusa yoluxma sayında müsbət dinamika müşahidə olunsa da, bu, o demək deyil ki, virus tamamilə yoxa çıxıb. Digər tərəfdən Azərbaycan o ölkələrdəndir ki, vaksinasiya prosesinə başlayıb. Bunun fonunda insanları narahat edən ciddi bir məsələ var. Bu da ictimai nəqliyyat vasitələrində sıxlığın yaranmasıdır.

Nəzərə almaq lazımdır ki, Bakı, Abşeron və Sumqayıtdakı təhsil müəssilərində əyani tədris müəyyən qrafiklərlə bərpa olunub. Bunun fonunda belə bir sual meydana gəlir ki, metronun fəaliyyəti nə vaxt bərpa olunacaq?

Məlum məsələdir ki, koronavirusun yayılma halları daha çox qapalı yerlərdə olur. Buna görə Operativ Qərargah hələlik metro stansiyaların açılmasına qərar verməyib. Digər tərəfdən ictimai nəqliyyatda – əsasən də avtobuslarda böyük sıxlıq müşahidə olunur. Bu prosesin özü də virusun daha sürətlə yenidən yayılmasına səbəb ola bilər. Çox vacibdir ki, ilk növbədə avtobusların sayında artım olmalıdır ki, oturacaq tutumu qədər insanlar ictimai nəqliyyatdan istifadə edə bilsin. Digər tərəfdən ictimai nəqliyyatda çatışmazlıq varsa, biz insanların iradlarını anlamalıyıq. Çünki işə, məktəbə və digər yerlərə gedən vətəndaşlar problemlərlə üzləşirlər”.

  •  (0)
  •  (0)