Messinin gələcək üçün planları hazırdır: Bu şəhərdə özünə ev də aldıbackend

Messinin gələcək üçün planları hazırdır: Bu şəhərdə özünə ev də aldı

Argentinalı ulduz Lionel Messi gələcək planlarını artıq qurub.

Hokm.az Offsideplus.az-a istinadən xəbər verir ki, yaydan bəri “Barselona”dan ayrılmaq istəyən 33 yaşlı hücumçunun adı bir çox klublarla çəkilir.

PSJ, “Mançester Siti” kimi klublardan əlavə, MLS təmsilçisi “İnter Mayami” də gündəmdədir. Messinin Mayami şəhərində 7,25 milyon funt-sterlinqə aldığı ev MLS klubuna keçməyi ilə bağlı iddiaları daha da gücləndirib.

Belə ki, Messinin “Barselona” ilə 2023-cü ilə qədər müqavilə bağlayacağı, sonradan Devid Bekhemin ortaq sahib olduğu “İnter Mayami” klubuna keçəcəyi bildirilir.

  •  (0)
  •  (0)