“Barselona”nın zədəli futbolçusu Lionel Messi daha bir ay meydana çıxa bilməyəcək.
“Qafqazinfo” İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun erkən sıraya dönməsi gözlənilsə də, bu, baş verməyib. La Liqada ilk iki turu buraxan argentinalı superulduz daha 1 ay yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, “Barselona”da Luis Suares, Usman Dembele və Netu da zədəlidir.
Hokm.az
















