Məşhur yutuberin FİLM KİMİ CİNAYƏTİ – Axtarışda ikən televiziya yarışmasına qatıldıbackend

Məşhur yutuberin FİLM KİMİ CİNAYƏTİ – Axtarışda ikən televiziya yarışmasına qatıldı

Türkiyənin yutub fenomenlərindən biri Tayfun Demir haqqında dəhşətli faktlar məlum olub.

Hokm.az xəbər verir ki, onun 52 il 4 ay 15 gün həbs cəzasına məhkum edilmiş cinayətkar olduğu üzə çıxıb.

Belə ki, İstanbulda yaşayan 38 yaşlı Tayfun Demir 2007-ci ildə dələduzluq ittihamı ilə 7 il həbs cəzasına məhkum edilib. Həbsdə ikən universitetdə təhsil almağa başlayıb. 2011-ci ildə dövlət imtahanı bəhanəsilə həbsxanadan qaçıb. O, izini itirmək üçün saxta sənəd hazırladaraq özünü cinayətə qurban getmiş formada təqdim edib. Dəmirin saxta ölüm sənədini prokurorluq da qəbul edib. O, bu metodla haqqındakı bütün ittihamlardan və 100-dən çox axtarış şikayətindən qurtulub. Saxta sənədlə yoxa çıxan Dəmir İstanbulda bir bank şöbəsindən N.Ö. adına kredit almaq istəyərkən təsbit edilib. Bankda aparılan araşdırma nəticəsində dələduzluğu Dəmirin etdiyi anlaşılıb. Ədliyyənin kamera qeydlərini analiz edən polis onun saxta sənəd çıxardığını aşkarlayıb.

Qeydlərdə 12 dekabr 2012-ci ildə saxta Yusif Dəmir adı ilə ölüm sənədini təqdim edənin şəxsən Tayfun Dəmir olduğu üzə çıxıb. Lakin o dövrdə aparılan araşdırmalara rəğmən, Dəmir yenə də izini itirməyi bacarıb.

Daha sonra texniki izlənməyə götürülən Tayfun Demir 6 ay əvvəl Muğlada tapılıb. Onun 450 min izləyicisi olan yutub səhifəsi də aşkarlanıb.

Demir Muğladakı evində saxta sənədləri ilə birlikdə yaxalanıb.

Araşdırmalar zamanı bəlli olub ki, Tayfun Demir 2018-ci ildə axtarışda olmasına rəğmən, məşhur “Kim milyoner olmaq istəyir?” yarışmasına qatılıb. Özünü heyvansevər yutuber olaraq tanıdan Dəmirin ad və soyadı eyni olan vətəndaşların şəxsiyyət vəsiqələrindən istifadə edərək kredit götürdüyü, müxtəlif cinayət hadisələrinə səbəb olduğu bildirilir.publika.az

  •  (0)
  •  (0)