Məşhur Xalq artistimiz xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdı – FOTObackend

Məşhur Xalq artistimiz xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdı – FOTO

Azərbaycanın Xalq artisti Sabir Əliyev də koronavirusa yoluxub.

Bu barədə “Ölkə.az”-a prodüser Sənan Sərdaroğlu məlumat verib.

Onun sözlərinə görə, sənətkar hazırda reanimasiyadadır, vəziyyəti ağırdır.

Qeyd edək ki, S.Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2017-ci ildən isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adını daşıyır.

  •  (3)
  •  (0)