Məşhur serialın iki aktyoru eyni anda öldübackend

Məşhur serialın iki aktyoru eyni anda öldü

“Netflix”də yayımlanan “The Chosen One” serialının iki aktyoru vəfat edib.

Hokm.az  Azxəbər-ə istinadən xəbər verir ki, rəqəmsal yayım platforması “Netflix”də yayımlanan “The Chosen One” serialının iki aktyoru Meksikada yol qəzasında dünyasını dəyişib.

 

Səlahiyyətlilər səhrada aşmış mikroavtobusda Raymundo Garduno və Juan Fransisko Aguiların həyatını itirdiyini, eləcə də daha 6 oyunçunun və ekipaj üzvünün yaralandığını açıqlayıb.

Aguiların dostları media orqanlarına bildiriblər ki, aktyor heyəti nəqliyyatın və logistikanın pis olmasından şikayətlənib. Qəza ilə bağlı araşdırma başladılıb.

  •  (0)
  •  (0)