Məşhur restoran sahibinin oğlu evində ÖLÜ TAPILDI – Boğazı kəsilib – FOTObackend

Məşhur restoran sahibinin oğlu evində ÖLÜ TAPILDI – Boğazı kəsilib – FOTO

Türkiyənin İzmir vilayətində məşhur bir restoranın sahibinin oğlu Barış Devin evindən meyiti tapılıb.

Hokm.az milli.az-a istinadən xəbər verir ki, hadisə Balçova qəsəbəsində yerləşən Korutürk Məhəlləsində qeydə alınıb. 38 yaşlı Barış Devdən xəbər ala bilməyən yaxınları vəziyyəti polisə bildiriblər. Məlumatdan dərhal sonra polislər Barış Devin evinə gəlib, qapını qıraraq içəri giriblər. Baxış zamanı polislər Barışın cansız bədəni ilə qarşılaşıblar.

Boğazında kəsik təsbit edilən Barışın əsl ölüm səbəbi meyitinin tibbi ekspertiza tərəfindən yarılmasından sonra məlum olacaq.

  •  (0)
  •  (0)