Türkiyəli müğənni Metin Şentürk, sosial media hesabından koronavirusa yoluxduğunu açıqlayıb.
Hokm.az xəbər verir ki, Şentürk hazırda Türkiyə xəstəxanalarının birində müalicə olunur.

“Mən pozitif bir adam idim, testimin mənfi olacağını gözləyə bilməzdik. Əziz dostlar, “Covid-19″ testim müsbət oldu, müalicə müddətim başladı. Səhhətim yaxşıdır və indi narahat olacağınız bir şey yoxdur. Bu xəbəri özümdən eşitmək istədim. Tədbirlərə diqqət yetirin, hamınızı sevirəm. Onsuz da pozitif bir kişi idim. Testimin mənfi olacağını gözləmirdik. Zaman zaman. Məlumat verəcəyəm”, – deyə o bildirib.MediaBaku.az
















