Dünyaşöhrətli model Naomi Kempbell aylar sonra etirafı ilə gündəm olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 49 yaşlı model bu il keçirilən Kann Film Festivalından sonra Fransada oellərin birinə buraxılmayıb. Buna səbəb isə Naominin və rəfiqəsinin dərisinin rəngi olub.
“Qaradərili olduğumuz üçün məni və rəfiqəmi otelə qoymadılar. Bizə yer qalmadığını dedilər, ancaq adamlar içəri girməyə davam edirdi”, – deyə Kempbell bildirib.
Model qaradərili olduğu üçün dəfələrlə diskriminasiyaya məruz qaldığını deyib:
“Brendlərdən birinin reklam siması idim. Ancaq ölkələrdən biri qaradərili olduğum üçün reklamda mənim fotolarımdan istifadə olunmasını istəməmişdi”.
Hokm.az
















