Məşhur iş adamının övladlarının “Tik-Tok” MACƏRALARI – İtə antrekot yedirdir, yol polisini dolmaqla fəxr edirlər – VİDEObackend

Məşhur iş adamının övladlarının “Tik-Tok” MACƏRALARI – İtə antrekot yedirdir, yol polisini dolmaqla fəxr edirlər – VİDEO

Boynunda qızıl zənciri olan it qucağında, qiyməti bir neçə yüz min manat olan, 5.7 mühərrik “Land Cruiser” yüksək sürətlə hərəkətdə…

Hokm.az xəbər verir ki, iş adamı Yaşar Cabbarovun övladları öz geniş imkanları və dəbdəbəli həyatları “tik-tok” sosial şəbəkəsinin ulduzuna çevriliblər. Onların paylaşdıqları videolar isə heç də birmənalı qarşılanmır. Cabbarov qardaşları “Shila zakon tanımır”, adlı bir videoda boynu qızıl zəncirli itə quzu qabırğasından kabab – antrekot yedizdirirlər.

Qardaşların birinin bunun ardınca paylaşdığı videoda isə əlindəki qızıl suyuna çəkilmiş “Vertu” telefonla timsah dərisindən olan ayaqqabısını təmizləyir. Qulağına 2 “Vertu”nu birdən tutub videoya çəkdirən Cabbarov duzsuz fon musiqini “bi dəə belə, bidənə elə, eliyə bilərsən belə”, ürək bulandırcı sözlərlə zənginləşdidir.

Başqa bir video isə “Shtrafnoya gederik” adlanır. Yenə də həmin bahalı “Land Cruiser”dən daha biri, maşının salonundan çəkilmiş videodan görünür ki, qarşıda sayrışan işıqlarını yandırmış yol polisinə məxsus Az 99 YP 279 nömrə nişanlı avtomobil hərəkətdədir. Şərhlərdə isə istifadəçilər “söhbət nə ilə qurtardı”, sualı yazır, məşhur iş adamı Yaşar Cabbarovun övladı dollar topası üstündə dayanan birinin videosunu paylaşır və “Azərbaycanda hər şey pulla həll olunur”, cavabını yazır.

“Sədərək” və “Binə”də böyük mağazaları olan məşhur iş adamı Yaşar Cabbarovun övladlarının “tik-tok”da bu sayaq videoları bir deyil, iki deyil, onlarladır.

Başqa bir video “Niva” da aldılar” adlanır. Maşının yük yeri videoda xüsusi olaraq diqqətə çatdırılır. Orada 2 iri, 10 nisbətən kiçik ölçülü səsgücləndiricilər quraşdırılıb. Yaşar Cabbarovun övladları bu səsgücləndiriciləri işə salıb Bakının bir tərəfində musiqi dinləmək fikrinə düşsələr, şəhərin o biri tərəfində əllərini qulaqlarına tutanlar olar. Diqqətçəkən daha bir məqam isə Az 90 XY 890 nömrə nişanlı “Niva”nın avtoşsayağı dizayn olunmasıdır.

Videodan da görünür ki, “papalarının gül balaları” “Niva”nı Bakıda sürürlər.

Digər bir video “Qalik də aldılar” haştaqı ilə paylaşılıb. “Gelenvagen Brabus”da Yaşar Cabbarovun övladları öz bahalı həyatlarını nümayiş etdirirlər.Pia.az

  •  (0)
  •  (0)