Məşhur hind aktyoru vəfat etdibackend

Məşhur hind aktyoru vəfat etdi

Hind aktyoru Sidhart Şukla 40 yaşında vəfat edib.

Hokm.az Publika.az istinadən xəbər verir ki, aktyor ürək tutmasından ölüb. Həkimlər bildirib ki, yaxınları aktyoru təcili xəstəxanaya yerləşdirməyə çalışsa da, yolda keçinib.

Hindistan mətbuatı ulduzun qəfil ölümünü ölkə mədəniyyətinə ağır itki başlığı ilə verib.

Qeyd edək ki, Sidhart Şukla 2019-cu ildə “Bigg Boss” verilişi ilə məşhurlaşıb.

  •  (1)
  •  (0)