Məşhur həkimdən Covid-19-la bağlı VACİB AÇIQLAMA: “Xəstəliyi yüngül keçirənlər…”backend

Məşhur həkimdən Covid-19-la bağlı VACİB AÇIQLAMA: “Xəstəliyi yüngül keçirənlər…”

Məşhur həkimdən Covid-19-la bağlı VACİB AÇIQLAMA: “Xəstəliyi yüngül keçirənlər…”

Bütün dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda ölüm sayının artması insanları daha da narahat edir.

Digər yandan xəstəliyi fərqində olmadan, yaxud yüngül simptomlarla keçirənlərin sayının da çox olduğu deyilir. Buna görə də bir çox ölkələrdə, xüsusən də ABŞ-da virusa qarşı immunitet qazanmış şəxsləri aşkar etmək üçün xəstəliyi yüngül keçirmiş şəxslər üçün testlər hazırlanır.

Hokm.az Cebhe.info-ya istinadla həkim Meral Sönməzoğlunun bu məsələylə bağlı müsahibəsini təqdim edir.

– COVID-19-u yüngül keçirdiyimizi necə anlaya bilərik? Belə bir test edilə bilərmi?

-COVID-19-a ən çox 20-49 yaş aralığında olan insanlar yoluxur. Lakin onların yalnız 15-20 faizində xəstəxanaya müraciət ediləcək dərəcədə ağır simptomlar olur. Xəstəliyi yüngül keçirənlər və ya tamamilə simptom olmadan keçirənlərdə bir həftə sonra antikor görünməyə başlayır və 2 həftə sonra aşkar edilə bilir. Bu xəstələrdə antikor inkişaf edir və xəstəliyə qarşı immun sistemi yaranır.

– Xəstəliyi yüngül keçirənlər hansı simptomlarla qarşılaşırlar?

-Bu insanlarda ən vacib simptom zəiflik və bel ağrısıdır. Bununla birlikdə, az da olsa, öskürək və üşütmə, qarın ağrısı və ishal kimi şikayətlər ortaya çıxa bilər.

– Bu insanların orqanlarına ziyan dəyirmi?

-Xəstəliyi yüngül keçirənlərin orqanlarında heç bir zərər qalmır.

– COVID-19-dan sağalan bir daha yoluxa bilərmi?

– Nəzəri bilgilərimizə əsaslanaraq bu suala cavab olaraq “bəli, keçə bilər” deyirik. 31 dekabr 2019-cu ildən 15 aprel 2020-ci ilə qədər dünyada görülən 2 milyon yoluxma hadisəsi barədə məlumatlara baxdığımızda sağalan xəstələrin 30 faizində antikorlar aşkar edilb. Lakin bu antikorların aşağı səviyyədə olduğu görülür. Açığı, antikorun virusu məhv etmək gücünün nə qədər olduğunu bilmirik. Buna görə də yenidən yoluxma ola biləcəyi fikri ilə hərəkət edilməli və epidemiya pandemiya sərhədində davam edərsə, sosial məsafəyə diqqət yetirilməli və digər qorunma tədbirlərinə ciddi əməl edilməlidir. Mövcud bilgilərimiz xəstəliyin daha 6 ay nəzarət altında olmasını göstərir.

  •  (0)
  •  (1)