Məşhur futbolçunun model sevgilisinin meyiti tapıldı – FOTObackend

Məşhur futbolçunun model sevgilisinin meyiti tapıldı – FOTO

“Bavariya”nın futbolçusu Jerom Boatenqin model sevgilisinin meyiti tapılıb.

Dailymail xəbər verir ki, məşhur futbolçu ilə bir həftə əvvəl ayrılan model Kasia Lenhardtın Berlində yaşadığı evdən cansız bədəni aşkarlanıb.

Futbolçuya aid olduğu deyilən evdən cəsədi tapılan modelin 25 yaşı var idi. Onun ilk münasibətindən bir oğlu var.

Qeyd edək ki, futbolçu “Bild” nəşrinə müsahibəsində bildirib ki, model sevgilisi spirtli içki aludəçisidir.

  •  (0)
  •  (0)