Məşhur azərbaycanlı fotoqraf Füzulidə çəkdiyi FOTOLARI paylaşdıbackend

Məşhur azərbaycanlı fotoqraf Füzulidə çəkdiyi FOTOLARI paylaşdı

Dünyaca məşhur azərbaycanlı fotoqraf Reza Deqati Füzuli rayonunun işğaldan azad edilmiş Alxanlı kəndində dağılmış məscidin görüntülərini yayımlayıb.

Hokm.az xəbər verir ki, o, bu barədə özünün sosial media hesabında paylaşım edib.

Fotoqraf həmin məscidin ermənilər tərəfindən inək tövləsi kimi istifadə olunduğunu deyib: “Burada gördüyüm mənzərə əvvəlki yerlərdən heç də fərqlənmirdi. Belə görünür ki, erməni qoşunlarının məscidləri tövləyə çevrimək kimi adəti var. Bu, ermənilərin işğal olunmuş ərazilərdə müsəlman ibadət yerlərinə münasibətini göstərir. Şuşanın azad olunması xəbərindən sonra Bakıda pravoslav kilsəsinin zəngləri çalındı. Bu da dünyəvi Azərbaycanda dinlərin sülh və qarşılıqlı anlaşma içərisində yaşadığını göstərir”.

O, vaxtilə Füzuli şəhərini tərk etmək məcburiyyətində qalan insanların sözlərini xatırlayıb: “Hekayələrini heç vaxt unutmayacağam. Bu yerləri tərk edən mülki əhali yalnız əl yüklərini daşıya bildi. Ancaq yolda ermənilər tərəfindən soyuldu, qadınların zinət əşyaları əllərindən alındı, müqavimət göstərən kişiləri öldürüldü və sağ qalan insanlardan ayaqqabılarını çıxartmağı tələb etdilər. Ermənilər onları ayaqyalın qaçmağa məcbur etdilər. Bu avtobus həmin xatirələri beynimə qaytardı. Bu hekayələri məcburi köçkünlərdən eşitmişəm. Bu gün bu hadisələrin baş verdiyi yerdə bir avtobus tapdım. İndi ermənilərin atdıqları ayaqqabı və paltarları gördüm. Bu, tarix dərsidir. Özünüz üçün istəmədiyiniz şeyi başqasına etməyin”.Publika.az

  •  (0)
  •  (0)