Məşhur azərbaycanlı aktyorun qızı vəfat etdibackend

Məşhur azərbaycanlı aktyorun qızı vəfat etdi

Məşhur aktyor Gündüz Abbasovun qızı vəfat edib. 
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilir ki, 62 yaşlı Dildar Bədirova bu gün dünyasını dəyişib.
Qeyd edək ki, D.Bədirova Gündüz Abbasovun birinci evliliyindən dünyaya gəlib.
G.Abbasovu kinoda “Onun böyük ürəyi” və “Bir qalanın sirri” filmlərində ifa etdiyi rollar məşhurlaşdırıb.
  •  (1)
  •  (0)