Məşhur aparıcı televiziyadan ayrıldığını açıqladı: “Tamam başqa əhvaldayam”backend

Məşhur aparıcı televiziyadan ayrıldığını açıqladı: “Tamam başqa əhvaldayam”

Əlavə söz-söhbət çıxmasın deyə özüm yazım. Yeni rəhbərliyin təkidli xahişlərinə baxmayaraq, bu mövsüm “Space TV”-də olmamaq qərarı vermişəm. Səbəb isə ümumilikdə TV işinə həvəsimin qalmamasıdır. Televiziya mənim üçün hər zaman ikinci iş yeri və hobbi olub. 4-5 il öncəyə qədər mənim üçün ikinci iş kimi sərfəli idi, həm də həvəsim vardı. Hazırda bir daha deyim, TV-yə həvəsim qalmayıb. Həm də TV, xüsusi ilə də özəl TV-lər əksəriyyət peşəkarlar üçün ciddi iş yeri olma özəlliyini itirib.

Hokm.az xəbər verir ki, bu sözləri aparıcı Turan İbrahimov sosial şəbəkədə yazıb.

O, bildirib ki, hazırda əsas hədəfi öz işlərini böyütməkdir: “Gələcək nə gətirəcək bilmirəm. Amma bu dəqiqə tamam başqa əhvalda və tam başqa gözləntilərdəyəm. Hazırda əsas hədəfim öz işlərimi böyütmək, PR, media və kommunikasiya mütəxəsisi kimi şirkətlərlə əməkdaşlığımı genişləndirməkdir”.

  •  (0)
  •  (0)