Məşhur amerikalı aktrisa Valeri Harper 80 yaşında dünyasını dəyişib.
Onun ölümü haqda məlumatı ailəsi təsdiqləyib.
Son illər aktrisanın sağlamlıq problemləri var idi. 2009-cu ildə ona ağciyər xərçəngi diaqnozu qoyulmuşdu.
V.Harper tamaşaçıların yaddaşında daha çox “Valeri”, “Mələyin toxunuşu”, “Klivlenddəki gözəlçələr” və s. filmlərdə canlandırdığı obrazlarla qalıb. (qafqazinfo)
Hokm.az
















