Məşhur aktrisa VƏFAT ETDİ – FOTObackend

Məşhur aktrisa VƏFAT ETDİ – FOTO

Aktyor Alen Delonun keçmiş həyat yoldaşı, fransalı aktrisa Natali Delon vəfat edib.

Hokm.az Axşam.az-a istinadən xəbər verir ki, 79 yaşında dünyasını dəyişən aktrisanın ölüm xəbərini oğlu Entoni Delon verib.

Fransa mətbuatında yayılan məlumatlara görə, Natali Delon xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Natali və Alen Delon 1964-1969-ci illərdə evli olublar. Onların bu nikahdan bir oğlu dünyaya gəlib. Keçmiş cütlük 1967-ci ildə “Samuray” adlı filmdə birlikdə rol alıb.

Məşhur aktrisa VƏFAT ETDİ - FOTOMəşhur aktrisa VƏFAT ETDİ - FOTO

  •  (0)
  •  (0)