Meşədə azan 3 yaşlı uşaq üç gün sonra möcüzəylə SAĞ TAPILDI – FOTO -VİDEObackend

Meşədə azan 3 yaşlı uşaq üç gün sonra möcüzəylə SAĞ TAPILDI – FOTO -VİDEO

Kanadanın Ontario əyalətinin Kinqston şəhərinin yaxınlığındakı meşədə itən 3 yaşlı uşaq üç gündən sonra sağ tapılıb.

Hokm.az big.az-a istinadən xəbər verir ki, martın 28-də üç yaşlı Cud Leyton ailəsinə məxsus ərazidən kənara çıxaraq azıb.

Polis və xilasedicilər it, helikopter və dalğıcları cəlb etməklə uşağı meşədə və yaxınlıqdakı göldə axtarmağa başayıblar.

Meşədə azan 3 yaşlı uşaq üç gün sonra möcüzəylə SAĞ TAPILDI - FOTO -VİDEO

Martın 31-də gölün kənarında yuxuya gedən Leyton tapılıb. O, sonuncu dəfə göründüyü yerdən bir kilometr aralıda olub.

Təcili yardım həkimləri uşağı müayinə etdikdən sonra xəstəxanaya yerləşdiriblər. Uşağı vəziyyəti qənaətbəxşdir.

Uşağın soyuq havada və yağışda, vəhşi şəraitdə 72 saatdan çox sağ qalması hər kəsi təəccübləndirib. Xoşbəxtlikdən, uşaq hava şəraitinə uyğun qış gödəkçəsi və yun sviter geyinmiş olub.

  •  (0)
  •  (0)