Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədri Taleh Kazımova müşavir təyin edilib.
Hokm.az-ın məlumatına görə, bu vəzifəyə “PAŞA Bank”ın İnzibatçılıq şöbəsinin rəhbəri Fərhad Vəliyev təyin edilib. F. Vəliyev ötən həftədən etibarən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, F. Vəliyev 2010-cu ildən “PAŞA Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb. (APA)