Merkelin pensiyası təxminən 15 min avro olacaqbackend

Merkelin pensiyası təxminən 15 min avro olacaq

Almaniya kansleri Angela Merkel vəzifədən getdikdən sonra ayda təxminən 15 min avro pensiya alacaq.

Hokm.az xəbər verir ki, bu barədə Almaniya vergi ödəyiciləri federasiyasının hesablamalarına istinadən “DPA” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bu məbləğ Merkelin uzun müddət Bundestaq üzvü olması və eyni zamanda Almaniya kansleri vəzifəsini icra etməsi ilə əlaqədardır.

Qeyd edək ki, sentyabrın 26 -da Almaniyada parlament seçkiləri keçiriləcək və bunun ardınca yeni hökumət qurulacaq. Merkel namizədliyini irəli sürməyib və seçkilərdən sonra siyasətdən getmək istədiyini açıqlayıb.report

  •  (0)
  •  (0)