Mənsum İbrahimov: “Dayanmaq OLMAZ, bayrağımız ŞUŞADA dalğalanmalıdır”backend

Mənsum İbrahimov: “Dayanmaq OLMAZ, bayrağımız ŞUŞADA dalğalanmalıdır”

Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağın işğaldan azad olunacağı gün çox da uzaqda deyil.

O günə bəlkə sayılı günlər,bəlkə də, dəqiqələr qalıb.

Amma bu qələbə xəbərini eşitmək hər bir azərbaycanlının ən böyük arzusudur.

Hələ Qarabağda doğulan, böyüyüb boya-başa çatanları demirəm.

Onlardan biri də, Xalq artisti, Prezident mükafatçısı, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovdur.

Bir neçə kəndimizin işğaldan azad olunması, ürəyi Qarabağ eşqi ilə döyünən xanəndənin sevincinə sevinc qatıb. Yaxın günlərdə 60 illik yubileyini qeyd etməyə hazırlaşan xalq artisti yubileyini Qarabağda qeyd etməyə hazırlaşır.

“Bir neçə saata 30 illik ermənilərin mifini dağıtdı Azərbaycan ordusu.Bu, qəhrəman Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.

Bizim heç kimin torpağından gözümümüz yoxdur. Erməni torpağımızdan çıxsın.
Biz hamımız bir xalq olaraq, Ali Baş Komandanın ətrafında sıx birləşmişik.Çünki , birlikdə daha güclüyük.
Azərbaycan əsgərinə bizim güvənimiz sonsuzdur, onun nəyə qadir olduğunu bilirik.
Azərbaycan əsgərindən yalnız qələbə gözləyirik.

Dayanmaq olmaz, bayrağımız Şuşada dalğalanmalıdır.

Mənim oxuduğum Qarabağ şikəstəsi, yaxın zamanda Şuşada zəfər bayramında səslənməlidir.
Mənim 60 yaşım olsa da, hər zaman müharibəyə gedib, böyüyüb boya-başa çatdığım Qarabağda döyüşməyə hazıram.

Sevinirəm ki, Azərbaycan ordusu torpaqlarımızı erməni virusundan təmizləyir.

Şuşada görüşmək ümidi ilə”.big.az

  •  (0)
  •  (1)