“Məni telekanallara buraxmırlar” – Kamran Həsənlibackend

“Məni telekanallara buraxmırlar” – Kamran Həsənli

Aparıcı Kamran Həsənli yeni mövsümdən MTV kanalı ilə əməkdaşlığa başlayacaq.

Hokm.az xəbər verir ki, bu haqda xəbəri axşam.az-a təsdiqləyən K.Həsənli bildirib ki, burada aparıcı kimi fəaliyyət göstərməyəcək:

“Əslində işbirliyim prodakşınlardan biri ilədir. Orada layihə hazırlanır. Mən də layihəyə məsləhətçi sima kimi daxil olmuşam. Həmin veriliş MTV-də efirə gedəcək”.

K.Həsənli özünün aparıcı kimi televiziyada çalışmasına isə imkan verilmədiyini bildirib:

“Gedib kanal qapısını döyə bilmərəm. Hardansa təklif gəlməlidir ki, mən də çalışım. Amma təklif yoxdur. Məni kanallara yaxın buraxmırlar. Mənə qarşı telekanallar koalisiya qurub”.milli.az

  •  (1)
  •  (0)