“Məni Soçiyə niyə dəvət edirsən? Xizək sürməyə?” – Zelenski Lavrova cavab verdibackend

“Məni Soçiyə niyə dəvət edirsən? Xizək sürməyə?” – Zelenski Lavrova cavab verdi

Ukrayna Prezidenti Vladimir Zelenski onu Rusiyaya dəvət edən xarici işlər naziri Sergey Lavrovun təklifinə cavab verib. 

Hokm.az savash.org-a istinadən xəbər verir ki, Zelenski Rusiya lideri Vladimir Putinlə heç bir formatda görüşməkdən qorxmadığını, lakin Soçidə niyə görüşməli olduğunu anlamadığını deyib:

“Görüşmək istəyirəm, heç bir formatdan qorxmuram, hazıram. Amma məni niyə Soçiyə dəvət edirsən? Xizək sürməyə? Biz sadəcə nədən danışırıq? Ciddi şeylərdən. Yaxşı, onda Odessada görüşək, dənizdə üzək. Mən ciddi dialoqdan danışıram. Çox çağırışlarımız, çox sualımız var. Yaxşı, bütün sualları verməyək, biri olsun. Gəlin tutulan şəxsləri mübadilə edək”.

Xatırladaq ki, Lavrov “Əgər Zelenski Rusiya ilə münasibətlərin normallaşmasını müzakirə etmək istəyirsə, biz hazırıq, Moskvaya, Soçiyə və yaxud Sankt-Peterburqa gəlsin” deyə açıqlama vermişdi.

Ukrayna liderinin ofisinin rəhbəri Andriy Yermakın sözlərinə görə, Ukrayna tərəfi də ABŞ lideri Co Baydenin iştirakı ilə üçtərəfli danışıqlar aparmaq istəyir.

Bundan əlavə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya xarici işlər naziri Sergey Lavrovun razılığı əsasında amerikalı və rusiyalı həmkarları ilə üçtərəfli danışıqlara hazır olduğunu açıqlayıb.

  •  (1)
  •  (0)