Azərbaycan dövlətinin prioritet elan etdiyi sahələrdən biri də mənəvi dəyərlərin qorunması, milli və dini azlıqların mədəniyyətlərinin inkişaf etdirilməsidir.
Dövlətin multikulturalizmlə bağlı yürütdüyü sahəyə ölkədə fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatları ilə yanaşı, bir çox rəsmi qurumlar- Nazirliklər və Komitələr də dəstək verməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin oktyabr ayında imzaladığı Fərmanla Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb.
Bakıda və rayonlarda müxtəlif mövzuda treniniqlər, konfranslar, seminarlar təşkil edən edən Fondun nizamnamə kapitalı 100.000 manatdır.
Fəaliyyətini dövlət büdcəsinin vəsaitləri hesabına formalaşdıran Mənəvi Dəyərlərin Təbliği Fondu çoxsaylı dövlət satınalmaları həyata keçirən qurumlardandır. Ölkədə keçirilən digər dövlət maliyyəli qurumların əksəriyyətinin sifarişçi qismində çıxş etdiyi satınalmalarda olduğu kimi, Mənəvi Dəyərlərin Təbliği Fondunun da sifarişçi olduğu satınalmalarda qeyri-şəffaf və şübhəli məqamlara rast gəlinir.
Fondun 3 lot üzrə keçirdiyi satınalmanın ümumi məbləği 249.645 (iki yüz qırx doqquz min altı yüz qırx beş) manat təşkil edir.
Fondun qeyd edilən tenderlərinin qalibi olan şirkətlər qeyri-şəffaflıqları ilə diqqət çəkir.
“DORTAYM” MMC 2019-cu ilin mart ayının 6-da Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 (beş) manat olan MMC-nin hüququ ünvanı Yasamal rayonu, general Akim Abbasov küçəsi, ev 3, mənzil 31 ünvanıdır. “DORTAYM” MMC-nin qanuni təmsilçisi Ağayev Amid Nizami oğludur.
Qlobal.az-ın əldə etdiyi məlumata görə Ağayev Amid Nizami oğlu Sabirabad rayonunun Cəngan kəndində yaşayır. Ağayev Amidin xırda təsərrüfatla məşğul olduğu deyilir.
Şirkəti 150 minlik tender udur, özü isə …
“CENGEN GROUP” MMC 2019-cu ilin fevral ayının 7-də Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 (beş) manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 133 ünvanıdır.
“CENGEN GROUP” MMC-nin qanuni təmsilçisi Qəhrəmanov Orxan Qəhrəman oğludur.
“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.