“”Mənə deyir ki “ata məni burada qoyma, xilas elə” – Atası Kəramətdən danışdıbackend

“”Mənə deyir ki “ata məni burada qoyma, xilas elə” – Atası Kəramətdən danışdı

Xəbər verdiyimiz kimi, tanınmış yazıçı Kəramət Böyükçöl bu gün Narkoloji Dispanserə yerləşdirilib.

Yazıçının atası, şair Qəşəm Nəcəfzadə AZXEBER.COM-a açıqlamasında oğlunun səhhəti haqda danışıb:

“Kəramət yaxşı oğlandır. İstedadlı və vətənpərvərdir. Bu içki onu məhv elədi. Mənə deyir ki “ata məni burada qoyma, xilas elə”. Mən də bildirdim ki, bu sənin gəldiyin yolun son dayanacağıdır”.
Qəşəm Nəcəfzadə oğlunun 10 ildir ki, içki aludəçisi olduğunu deyib: “Kəramət 10 ildir ki içki içirdi. Dəfələrlə müalicə olunmağına baxmayaraq, sözümüzə baxmırdı. Məcbur olub dispanserə yerləşdirdik”.
  •  (0)
  •  (2)