Hokm.az teleqraf.com-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında Ramzan Kadırovun Rusiya Qəhrəmanı adı ilə təltif olunmasına dair sualı cavablandırıb.
Putin deyib: “Mən onun atası – Əhməd Kadırovla tanış olanda o özü gəlmişdi. O təslim olmamışdı. O mənə dedi ki, biz başa düşdük ki, müsəlman ölkələri bizi öz iradələrinə tabe etdirmək istəyirlər. Bizə Rusiya ilə daha yaxşı olacaq. Bu onun seçimi olub. Siz onun taleyini bilirsiniz. O, Çeçenistan, çeçenlər və Rusiya uğrunda həlak olub. Ramzan Kadırova gəldikdə isə onun həyatı hər gün təhlükədədir. O, şəxsən silahlı əməliyyatlarda iştirak edir. Mən ona bunu qadağan etmişəm, amma o yenə bunu edir. Ona görə də mən ona Rusiya Qəhrəmanı adını vermişəm. Qroznının bugünkü görünüşü ilə əvvəlkinə baxın, əvvəl Qroznı müharibədən çıxmış Stalinqrada bənzəyirdi. Ona Əmək Qəhrəmanı adı verə bilərdim, amma hələ gəncdir, bir qədər gözləyə bilər”.
















